26 Fevral,

HAQQIMIZDA

Avrasiya Gündəliyi (“Eurasiya Diary”) Beynəlxalq Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfələr vermək məqsədi daşıyan təşəbbüsüdür.

Münaqişələrin həlli yeni dünya nizamının hazırkı ssenarisində çox böyük aktuallıq və əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bütün dünyada ölkələr həll olunması gərəkən sosial, iqtisadi, siyasi, etnik və bir sıra digər konfliktlərlə qarşı-qarşıyadır. Yalnız münaqişələrin həlli təqdirində insanlar heç bir qorxu və təhlükə olmadan sülh şəraitində yaşaya bilərlər.

Təəssüf ki, regional münaqişələrin indiki dövründə insanlar bütün bu çəkişmələr haqqında obyektiv informasiya əldə etməkdə uğursuzluqla üzləşirlər. Dünya mətbuatında xeyli qərəz hökm sürür və hər hansı bir mənbədən gələn informasiya müəyyən maraqlara görə yalnış və ziddiyyətli ola bilir.

“Eurasia Diary” cəmiyyət arasında getdikcə artan məlumat boşluğunu artırmaq və informasiya təminatını genişləndirməyi, münaqişələr və mübahisəli məsələlərlə bağlı insanları düzgün istiqamətləndirməyi qarşısına məqsəd qoyub.