20 Fevral, Bazar ertəsi

DƏYƏRLƏRİMİZ

Biz əminliklə inanırıq ki, sülh- diplomatiya, dialoq, rabitə, danışıqlar, barışıq sammitləri, arbitraj, vasitəçilik, kooperativ və etimad tədbirləri kimi dinc və qeyri-zoraki üsullarla təmin və həll edilə bilər.

Avrasiya gündəliyi dünyanın siyasi cəhətdən dinamik və iddialı ölkələrinin bir çoxunun yerləşdiyi Avrasiya regionunda təsirə malikdir. Qlobal gücün bütün tarixi iddiaçıları bu regiondan çıxmışdır.

Avrasiya dünyanın ən böyük materikidir və malik olduğu güc dünyanın iqtisadi cəhətdən daha çox məhsuldar olduğu üç regiondan ikisi – Qərbi Avropa və Şərqi Asiya üzərində qərarverici təsirə malikdir.

Müasir dunyada mediyanın rolu və əhəmiyyəti inkar edilməzdir. Məlumdur ki, “Zorakılıq zorakılıq doğurar” və bəşəriyyət müharibə hücumlarından konstruktiv dialoq vasitəsi ilə qorunub mühafizə edilə bilər və bu yalnız insanların bir-biriləriylə qarşılıqlı müzakirələri vasitəsi ilə mümkün ola bilər ki, bunu da Avrasiya gündəliyi təmin edəcək.