18 Yanvar, Cümə axşamı


Suriyanın şimalında sosial fəlakət: Yerli Şuralar iki od arasında - ÖZƏL

Analitik Mərkəz

A- A A+

Mixail Magid, publisist, Yaxın Şərq üzrə ekspert, özəl olaraq Eurasia Diary üçün

İdlib, Sərakib, Armanez, Maarat an-Nuuman, Ətarib kimi şəhərlərin adları sizə nəsə deyir? Yəqin ki, yox. Ancaq Suriyanın şimalında, Əsəd ordusunun müxtəlif bölmələrinin nəzarət etdiyi Əl-Qaidənin 20 minlik ordusunun daxil olduğu ərazilərdə faciə yaşanır.

Öncədən deyildiyi kimi, İŞİD qüvvələri darmadağın olunduqdan sonra Suriyada barışıqdan söhbət gedə bilməz. Əsədin əsas qüvvələri və İranın maaliyyələşdirdiyi beynəlxalq şiə koalisiyası qarşı tərəfin mövqelərinə hücuma başladıb. Mahiyyətcə bu ordunun maliyyələşdirilməsi və Əsədə iqtisadi yardım İran iqtisadiyyatını zəiflətdi və nəticədə etirazlar baş qaldırdı.

Lakin İran və İran yönümlü şiə qüvvələri Əsədə sadiq olan bölmələrin dəstəyilə iki istiqamətdə hücum təşkil ediblər. Birincisi, ölkənin şimalında İdlib regionunda, ikincisi isə, Dəməşq şəhəri yaxınlığında Gutada.  Əgər Gutada onların hücum əməliyyatları uğursuzluğa uğradısa da, İdlibdə qarşı tərəfin müdafiə xəttini yarmağa nail olub. Xəritədə bunlar aydın görünür.

Rus eksperti Kiril Semyonov qeyd edir ki, Suriya ərəb ordusu – Əsədin silahlı qüvvələri  “Böyük İdlib”də Əbu Duhur bazası istiqamətində irəliləməyə davam edir. Hər hansı toqquşma qeydə alınmayıb. Yerli əhali bu ərazini tərk etməyə başlayıb. Onlar Türkiyəyə və müxalifətin nəzarət etdiyi ərazilər istiqamət alır.

İrihəcmli faciə baş verməkdədir. Lakin məsələ təkcə qaçqınların köçündə deyil, burada söhbət soail fəlakətdən gedir. Məsələ burasındadır ki, 160 şəhərdə və qəsəbədə sakinlərözlərinin yerli idarəetmə orqanını yerli Şuralarını yaradıb.  Əsədə qarşı etiraz iştirakçıları heç də hamısı dini  fanatik deyil. Onlar özlərinin kommunal xidməti, ərzaq təchizatını mərkəzləşdirilimiş hakimiyyət olmadan təşkil edə biliblər. Onlar heç bir partiyaya aid deyil və ioşlərini İdlib şəəhərinin Şurası koordinasiya edir. Lakin onlar nə iranlılara, nə Əsədə, nə də Əl-Qaidəyə lazım deyil.

Son illər bu şəhərlərin tarixi Əl-Qaidənin-Nüsrənin ağalığına qarşı mübarizə ilə yadda qalıb. İslamçı qüvvələr yerli Şuraları dağıdır, öz idarəçilik orqanlarını yaradır, əhalidən vergi toplayır. Sakinlər etiraz edir və bəzən Əl-Qaidənin məntəqələrini öz ərazilərindən çıxarılmasına nail olurlar. Daha çox məhz adları çəkilən şəhərlər müqavimət hərəkatının mərkəzində durub. Hazırda əhali qaçmağa məcburdu. Bu da onu göstərir ki, onlar üçün iranlıların və Hizbullahın idərə etdiyi Əsədin hakimiyyəti altında yaşamaq Əl-Qaidənin idarəçiliyi altında yaşamaqdan daha çətin olacaq.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...