24 May, Çərşənbə


Kipr danışıqlarında tarixi dönüş

Analitik Mərkəz

A- A A+
Kipr adasının Türk və Yunan tərəfinin liderləri vahid dövlət şəklində birləşməklə bağlı danışıqlara başlayıblar. BMT nümayindəsinin açıqlamasına görə, iki tərəf arasında danışıqlar Avropanın uzun müddətli münaqişələrdən birinin həllinə yönəlib. 
 
"Eurasia Diary"  xəbər verir ki, Cenevrədə təşkil olunmuş danışıqlarda Türk tərəfinin prezidenti Mustafa Akıncı və Yunan tərəfinin prezidenti Nikos Anastasiades 1974-ci ildən bəri həll olunmayan məsələləri müzakirə edəcəklər. Danışıqlarda  hər iki xalq arasında 40 ildən çoxdur paylaşılmağı mümkün olmayan mülklər haqqında da müzakirələr əsas yer tutacaq. 
 
BMT–nin Kipr məsələsi üzrə nümayindəsinin açıqlamasına əsasən, danışıqların birinci mərhələsi uğurlu olub: “Liderlər bəzi ümidləri doğrultmaq üçün ehtiyatlı davranmağa çalışırlar. Lakin hər iki tərəf arasında baş tutan bundan qabaqkı danışıqlar nəticəsiz başa çatıb.” 
 
Danışıqlarda Kipr məsələsində aparıcı rol oynayan dövlətlər - Britaniya, Türkiyə və Yunanıstan da qatılacaqlar. Hər üç ölkənin rəsmiləri iki tərəfin federativ dövlət şəkildə birləşməsinə təsir göstərə biləcək təhlükəsizlik, Türkiyənin rolu və adada yerləşdirilmiş 30 min Türk ordusu məsələlərini müzakirə edəcəklər.  
 
Yunanıstan hökümətinin verdiyi məlumata görə, Yunanıstan baş naziri Alexis Tsipras və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığında Kipr məsələsi ilə bağlı bir saatdan çox müzakirə aparılıb. 
 
Yunanıstan baş naziri Türkiyə prezidentinə deyib ki, əgər Cenevrədə keçirilən danışıqlarda müsbət nəticələr əldə olunsa, o, danışıqlara qatılacaq. 
 
BMT-nin yeni baş katibi Antonio Guterresin də danışıqlara qatılacağı gözlənilir və o, danışıqları münaqişənin həlli üçün tarixi şans kimi qiymətləndirib. 
 
Kipr məssələsində əsas məqamlar
 
Türk və Yunan tərəfinin vahid dövlət şəklində birləşməsində əsas rol oynayan siyasi və iqtisadi səlahiyyətlərin bölünməsi, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik məsələlərində hər iki tərəfin rəsmiləri heç bir razılığı gələ bilməyiblər. 
 
Danışıqlarda hər iki etnik xalq arasında paylaşılacaq mülklərlə bağlı müzakirələr həsas məsələlərdən biridir. Münaqişənin qızğın vaxtında etnik türklər Yunan tərəfdə və etnik yunanlar isə Türk tərəfində öz evlərindən məcburən çıxarılıblar. 
 
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəsmilərinin də qatıldığı danışıqlarda, həmçinin, kompensasiya və zərərin ödənilməsi məsələləri də müzakirə movzusu olub. 
 
Bəzi analitiklər hesab edirlər ki, danışıqlarda əldə olunmuş razılıqlar hər iki tərəfdə referenduma qoyulmalıdır.  
 
Xatırladaq ki, 2004-ci ildə Kiprin Yunan və Türk tərəfində vahid dövlət şəklində birləşmək haqqında referendum keçirilmişdi. Türk tərəfində vahid dövlət şəklində birləşmək müsbət qarşılansa da, Yunan tərəfində xalqın böyük əksəriyyəti bunu rədd etmişdi. 
 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...