20 Fevral, Bazar ertəsi


Avropa Şurası azərbaycanlı hərbçinin cəsədinin qaytarılmasını tələb edir

Münaqişələr

A- A A+
Azərbaycandan ünvanlanan müraciətlərimizə cavab olaraq Avropa Şurasının Baş katibi cəbhə xəttində erməni əsgərləri tərəfindən qətlə yetirilən Azərbaycan əsgərinin nəşinin Azərbaycan tərəfinə qaytarılması haqqında bəyanat verib. Baş katib Yaqlandın bəyanatını nəzərinizə çatdırırq.
 
"Eurasia Diary" bildirir ki, bəyanatda deyilir:  Avropa Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. 
 
Son zamanlar kəskinləşən münaqişədə insan haqlarının pozulması, humanitar aspektlər bizi narahat edir. 29 Dekabrda atəşkəsin pozulması xeyli  itkiyə səbəb olub.   Ermənistan hərbi qüvvələri atışmada həlak olmuş əsgərin cəsədini hələ də qaytarmayıb.  Hər iki tərəfi atəşkəsə əməl etməyə çağırıram və  2010-ci ildə Həştərxan sammitində tərəflərin qəbul etdiyi razılaşmaya uyğun olaraq ATƏT-in Minsk qrupunun cəsədin qaytarılması üçün göstərdiyi cəhdi dəstəkləyirəm. 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...