24 May, Çərşənbə


Yunanıstanda qaçqınlar soyuğa görə hərbi gəmiyə köçürülüblər

Münaqişələr

A- A A+
"Eurasia Diary" xəbər verir ki, Yunanıstanın Midilli Adasındakı Moria düşərgəsində havanın kəskin keçməsi ilə əlaqədar olaraq  çadırlarda yaşayan qaçqınların bir hissəsi Yunan Dəniz Qüvvələrinə aid döyüş gəmisinə köçüb.
 
 BMT rəsmiləri və könüllü təşkilatlar bildiriblər ki,  adadakı qaçqınlar qar altında qalan çadırlarda yaşamaq uğrunda mübarizə aparırlar. Təcili yardım gəldikdən sonra Yunanıstanın Baş Naziri Aleksis Çiprasın göstərişilə Lesvos adlı desant gəmisi adaya göndərilib. Midilli limanında olan gəmidə 500 nəfərlik yataq və səhiyyə otaqlarının olduğu qeyd olunur.
 
 Alınan məlumata görə, 3 mindən çox qaçqınının olduğu Midillidə  bundan başqa, BMT rəsmilərinin təşəbbüsü ilə xəstə və uşaqlardan ibarət olan 130 nəfər adadakı müxtəlif otellərə yerləşdirilib.
 
 Avropa ölkələrinin sərhədləri bağlamasından sonra  Yunanıstanda qalan on minlərlə qaçqın yerləşdikləri düşərgələrdə, kəskin hava şəraitində sağ qalmaq uğrunda mübarizə aparırlar. Adalardakı düşərgələrdə saxlanılan minlərlə qaçqın demək olar ki, istilik sistemi ilə təchiz edilməyən yerlərdə qalmağa məcburdur. 
 
Midillidə olan Sərhədsiz Həkimlər Təşkilatı qrupunun rəhbəri Clement Perinin Yunanıstanın dövlət orqanlarının söz verməsinə baxmayaraq,Midilli və Sisam adalarında soyuq hava şəraitinə qarşı kifayət qədər tədbir görülmədiyini bildirib. Perinin Yunan mətbuatına verdiyi açıqlamada bildirilir ki, on minlərlə qaçqın köməksiz vəziyyətdə sıfır dərəcədən aşağı temperaturda çadırlarda yaşamağa məcburdur. Onlar isti su və isti qida ilə demək olar ki, təchiz edilməyib və qeyri-sağlam mühitdə yaşayırlar. 

Vüsalə

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...