20 Fevral, Bazar ertəsi


Qadınları kişilərdən uzaqlaşdıran - 10 DAVRANIŞ

Səhiyyə

A- A A+
Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər.
 
lent.az xəbər verir ki,  qadınları kişilərdən soyudan 10 davranışı bunlardır:
 
Baxımsızlıq
 
Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.
 
Çox qısqanclıq
 
Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir oyadar.
 
Təzyiq göstərmək
 
Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq kişidən soyumağa başlayar.
 
Diqqətsiz yanaşmaq
 
Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.
 
Eqoistlik
 
Həssas olan, həmişə diqqət istəyən tərəf qadındır əslində. Ancaq kişinin özünü diqqət mərkəzinə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.
 
Tələskən olmaq
 
Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən dövrdür.
 
Uzun müddət sekslə məşğul olmamaq
 
Xeyli müddət cinsəllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcanla kasad olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.
 
Qadının istəmədiyi davranışlarda təkid etmək
 
Qadının istəmədiyi davranışlarda təkid etmək onu qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.
 
Cinsi performans təkidi
 
Cinsəllik sevgi və hörmətlə birgə yaşanmalıdır. Cinsəllik sadəcə cinsi orqanların birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.
 
Qadının bədənini bəyənməmək
 
Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdiyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...