21 Yanvar,


Öz ölümünü əvvəlcədən bilən kahindən - 3-CÜ DÜNYA MÜHARİBƏSİ PROQNOZLARI

Maraqlı

A- A A+
Adi bir mədən işçisi 3-cü dünya müharibəsi ilə bağlı öncəgörmələrini söyləsə, inanardınız?

Alois İrlmayerin gələcəklə bağlı proqnozları bir çox insanın marağına səbəb olub.

Alois kimdir?

Alois 1894-cü ildə Almaniyada anadan olub. 1959-cu ildə vəfat edən Alois peşəkar quyuqazan idi və faydalı qazıntıların axtarışı ilə məşğul olurdu. Gələcəkdən xəbər verən İrlmayer 2-ci dünya müharibəsində bombalanacaq bölgələri və itkin düşənləri tapmaq məsələsində dəqiq proqnozlar söyləyib.

Tezliklə Alois məşhurlaşır. Amma bu onun gələcəkdə problemlərlə rastlaşmasına səbəb olur. Onun düşmənləri peyda olur və şarlatan, cadugər damğası vurulur.

Alois 3-cü dünya müharibəsi barədə deyib: "3-cü dünya müharibəsinin olacağı dəqiqdir. Amma tarixini və ilini bilmirəm. Milyonlarla insan tərəfindən müşahidə ediləcək, göy üzündəki simvollardan öncə olacaq. Müharibə yağışlı bir gecədə başlayacaq".

Onun son sözləri isə "gördüyüm şeyləri yaşamaq məcburiyətində qalmayacağım və öləcəyim üçün sevinirəm"-olub.

3-cü dünya müharibəsi barədə Alois savaşın Şərqdə başlayacağını söyləyirdi: "Hər şey sülhə doğru gedir. Sonra isə vəziyyət dəyişir və Şərqdə anidən yeni savaş alovlanır. Böyük dəniz gücləri Aralıq dənizində düşmənlərlə üz-üzə qalır. Vəziyyət gərginləşir. Amma əsl qığılcım Balkan yarımadasında alovlanır.

Böyük bir şeyin düşdüyünü görürəm. Yanında qanlı bir xəncər var. Sonra isə çevriliş təsiri çox pis olacaq. İki nəfər ierarxik pillədə üçüncü pillədə dayanan şəxsi öldürəcək. Bu iki şəxs üçüncü şəxsi öldürmək üçün pul alıblar. Qatillərdən biri az-maz qaraşın adam, digəri isə uzun və açıq rəngli saçı olan şəxsdir. Məncə bu hadisə Balkan yarımadasında baş verəcək. Bu hadisənin intiqamı ucsuz-bucaqsız su üzərindən gələcək".

İrlmayer proqnozuna belə davam edib: "Sarı əjdaha (Çin və ya kimyəvi silah da ola bilər) Alyaska və Kanadanı eyni gündə işğal edəcək. Uzaqdan gəlmirlər. Sonra sarı toz yağışı yağacaq. Qızıl şəhər yoxa çıxanda bu hadisə başlayacaq. ABŞ-ın böyük şəhəri (Paytaxt və ya Nyu-York ola bilər) raketlərlə məhv ediləcək. Qərb bölgələri asiyalılar tərəfindən işğal ediləcək. Amma işğalçılar geri oturtulacaq".

Alois 1959-cu ildə vəfat edəcəyini də əvvəlcədən söyləmişdi. Onu şarlatan adlandıraraq məhkəməyə verirlər. Məhkəmədə hakimin arvadının proses günü hansı paltarı geyindiyini deyərək, hakimi inandıra bilir. Bu səbəbdən məhkəmənin hökmü ilə azadlığa buraxılır.(XəzərXəbər)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...