20 Fevral, Bazar ertəsi


Dünya tarixinin ən qəribə - İSTEFALARI - FOTOLAR

Maraqlı

A- A A+

Müasir tariximizdə qəribə istefa hadisələri olub. Bu istefalar bir çox hallarda adi səbəblərdən ortaya çıxıb

Ölkə.Az bu gün 10 qəribə istefanın siyahısını təqdim edir:

1. Almaniyanın müdafiə naziri Karl Theodor zu Guttenberg

Disertasiyasında "oğurluq" yazıdan istifadə etdiyi üçün ittiham edildi. İddialar böyüdüyü üçün vəzifəsindən istefa verib.


2. İsveçin Sosial Demokratiya partiyasının rəhbər şəxslərindən Mona Sahlin

Dövlət xərcləri üçün verilən kredit kartı ilə dükandan şokolad alıb. Mona dükandan qiyməti 3 manatlıq "Toblerone" şokoladı alır və kassada ödəməni dövlətin verdiyi kartla ödəyir. Hadisə mətbuata sızır və maliyyə müfəttişləri yoxlama aparırlar. Hadisə "toblerone məhkəməsi" ilə tarixə düşür. Sahlin dükanda səhvən bu kartdan istifadə etdiyini bildirir. Məhkəmə onun lehinə qərar çıxarsa da, Mona tutduğu vəzifədən istefa edir.


3. Almaniyanın təhsil naziri Anet Şavan

Anet doktorluq dərəcəsi üçün yazdığı disertasiyada "oğurluq" məqalədən istifadə ilə ittiham edilir. Düsseldorf universiteti nazirin 33 il öncə fəlsəfə fakultəsində yazdığı "insan və vicdan" mövzulu disertasiyada plaqiat olduğunu bildirdi və onun doktorluq dərəcəsini ləğv etdi. Nazir bu hadisədən sonra tutduğu vəzifədən istefa etdi.


4. İtaliyanın infrastruktur və nəqliyyat naziri Maurizio Lupi

Maurizio Lupi bahalı qol saatı taxdığı üçün tənqidlərə tuş gəlmişdi. Onun infrastruktur layihələrində korrupsiyaya yol verildiyi iddia edilirdi. Amma bu barədə heç bir fakt təqdim edilməmişdi. Bununla belə nazir tutduğu vəzifədən istefa edir.


5. Yapon mühəndisin intiharı

Türkiyədə körfəz körpüsündə çalışan mühəndis ortaya çıxan texniki problemdən sonra məsuliyyəti öz boynuna götürdü. 51 yaşlı Kişi Ryoiiçi intihar etdi.


6. İtaliyanın xarici işlər naziri Giulio Terzi

Cinayət işlədikləri üçün iki italyan dəniz piyadası mühakimə edilmək üçün Hindistana göndərilir. Bu hadisədən sonra xarici işlər naziri istefa edir.


7. Almaniyanın prezidenti Kristian Vulff

Almaniyanın prezidenti korrupsiya iddiası ilə ittiham edilirdi. Bu səbəbdən prezidentin toxunulmazlığının ləğvi tələb edildi. Prezident: "mənə olan güvən zədələnib. Bu səbəbdən istefa edirəm"-deyərək tutduğu postdan imtina edir.


8. Türkiyə Ədalət və İnkişaf Partiyasının rəsmisi Özgür Ergun

Özgür Ergun "Bu necə Türkiyədir?" deyərək istefa etmişdi. Bir gün sonra "mövzunu məsul şəxslərə bildirdik" deyib vəzifəsinə geri qayıtmışdı. Özgür xanım vəzifəsinə qayıdanda "Yeni Türkiyə budur" demişdi.


9. Ukraynanın müdafiə naziri Vladimir Çkidçenko

Ukraynada tədbir vaxtı SU-27 tipli hərbi təyyarə tamaşaçılar olan əraziyə düşdü. Bu hadisədən sonra müdafiə naziri istefa verdi.

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...