24 Aprel, Çərşənbə axşamı


Başqasının “WhatsApp” yazışmasını oxumağın yolu tapıldı

Elm və texnologiya

A- A A+
Kriptoqrafiya üzrə alman mütəxəssisləri “WhatsApp” tətbiqinin şəxsi çat qruplarına daxil olmağın yolunu müəyyən edib.  
 
Bu barədə “The Wired” məlumat yayıb.
 
Araşdırmalar göstərir ki, tətbiqin serverlərinə girişi olan istənilən istifadəçi administratorun icazəsi olmadan şəxsi çat qruplarına yeni istifadəçilər əlavə edə bilər.
 
Yeni istifadəçinin əlavə olunmasından sonra həmin istifadəçi bütün gələcək yazışmalarla tanış olmaq imkanı qazanır.
 
Qeyd edək ki, “WhatsApp”da “end-to-end” prinsipli şifrələnmə sistemindən istifadə  olunur. İstifadəçilər, o cümlədən şəxsi çat istifadəçiləri arasında gedən bütün yazışmalar, serverlərdə deyil, istifadəçilərin qurğularında saxlanılır. “The Wired” qeyd edir ki, serverlərə yalnız şirkət əməkdaşları, hökumət adamları və ən öncül hakerlər daxil ola bilər.
 
“Facebook”un (“WhatsApp”a da sahibdir - red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun  iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.(oxu.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...