18 Yanvar, Cümə axşamı


Bir proqramdan doğan ümid işığı - Cahangir MƏMMƏDLİ

Cəmiyyət

A- A A+
Tanınmış pedaqoq-publisist, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin "525-ci" qəzetdə yazısı nəşr edilib. C. Məmmədlinin məqaləsi BAMF-ın sədri Umud Mirzəyev və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin qonağı olduğu İctimai Televiziyada efirə gedən "Diqqət mərkəzi" proqramında Prezident İlham Əliyevin Cəbrayılın Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işləri ilə bağlı sərəncamı barədə aparılmış müzakirələrə həsr olunub.
 
Məqalənin ictimai əhəmiyyətini nəzərə alaraq, "Eurasia Diary" həmin yazını oxucalarına təqdim edir:
 
Neçə il keçdi, Ermənistanı həqiqət yoluna gətirmək mümkün olmadı. 
 
Mümkün olmadı ona görə ki, yalan və uydurma, dünyanın ən alçaq xisləti bu dövlətin tərbiyəsiz tərbiyəsindədir. Və bizə belə bir şey bir daha məlum olur ki, xisləti terrorçuluq fəaliyyəti ilə yoğrulmuş bir dövləti həqiqət yoluna ancaq məcbur etməklə gətirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayılın Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işləri ilə bağlı sərəncamı - bütöv bir xalqın uşaqdan böyüyə ruh yüksəkliyi və milli inam hissi ilə qəbul etdiyi bu sərəncam qəlbimizdəki Vətən sevgisini işıqlandırdı və Böyük qayıdışa qəti bir inam yaratdı.
 
Bu sərəncamın xalqda, millətdə yaratdığı böyük rezonans Azərbaycan telekanallarının şah əsəri olan AzTV-dən başlamış bütün televiziya məkanında maraqlı müzakirələrə, içimizdəki inamı daha da alovlandıran ziyalı söhbətlərinə səbəb oldu. Belə ziyalı söhbətlərdən biri ötən bazar günü, necə deyərlər, praym-taym - ən baxımlı vaxtda İctimai Televiziyada efirə gedən "Diqqət mərkəzi" proqramında baş tutdu.
 
İTV-nin istedadlı jurnalisti, aparıcılıq xəttində İctimai Teleradionun və onun kollektivinin azərbaycançılıq, dövlətçilik sevgisini ifadə edən Anar Yusifoğlu, Azərbaycan media mühitində, ədəbi dairələrdə və ictimai rəydə ləyaqətli vətəndaş imici ilə sevgilər qazanmış Umud Rəhimoğlu və Azərbaycan dövlətçiliyinin ən çətin günlərində sinəsini antiazərbaycan qüvvələrə qarşı sipər etmiş "Səs" qəzeti və onun yaradıcısı Bəhruz Quliyevi proqrama dəvət etmişdi. Dünyanın isti-soyuğunu dadmış, dünya xaosuna yaxşı bələd olan və Azərbaycanımızı bu qarmaqarışıqlıqdan qorumaq istəyi ilə media fəaliyyəti göstərən bu iki ziyalının efir dialoqu məni, hər şeydən əvvəl, bir vətəndaş kimi duyğulandırdı. Bu iki istedadlı ekspertin cəmi yarım saata yaxın efir vaxtında Prezidentin tarixi sərəncamının mahiyyəti, qiyməti və cəmiyyətə, ordumuza təsiri, köçkün dünyası yaşayanların qəlbində yaratdığı qələbəyə qəti inam hissi əvəzolunmaz təəssüratla nəticələndi.
 
İçində Vətən sevgisi yaşadan mənim köçkün həmkarım Umud müəllim, müstəqil Azərbaycanın yarandığı gündən özünün yaratdığı "Səs" qəzeti ilə bu Vətəni xəbislərdən qoruyan Bəhruz müəllim!
 
Sözünüzün səmimiyyətinə, fikirlərinizin dəqiqliyinə və qətiliyinə ifadənizin hər anındakı publisist mesajlarınıza görə sizə minnətdaram.
 
Əzizim Anar müəllim! Qoy jurnalistikada Qərbin özündən uzaqlaşdırıb bizə sırıdığı, "mən deyəni et, mən edəni etmə" prinsipi ilə bizim bəzilərimizi hələ də təsir altına salaraq, jurnalistika ideologiyadan uzaq olmalıdır, kimi qeyri-elmi və bunu ancaq bizə şamil etmək cəhdlərinin boş olduğunu Siz bu ideoloji - cəsarətlə təkrar edirəm - bu ideoloji proqramla alt-üst etdiniz. Min təşəkkür olsun.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...