20 Yanvar, Şənbə


22 yaşlı gənc ağzı ilə maşın dartır - VİDEO

Cəmiyyət

A- A A+
22 yaşlı gənc ağzı ilə avtomobilləri çətinlik çəkmədən dartır.
 
Xezerxeber.az-ın məlumatına görə, Biləsuvar rayonunun Xırmandallı kənd sakini Emin Süleymanov bir müddətdir ki, gücünü bu sahədə sınayıb və uğurlu alınıb. Uşaq yaşlarından ağır atletikaya maraq göstərən gənc hazırda bu sahə ilə özü fərdi qaydada məşğul olur.
 
Gün ərzində 6-7 saatını məhz bu idmana sərf etməklə bacarıqlarını daha da təkmilləşdirib. O, bu idmanın sayəsində hələ ki, 3-4 ton çəkisində olan avtomobilləri ağzı ilə dartmağa nail olub. Hazırda Neftçala rayonunda fermalardan birində çalışan Emin deyir ki, növbəti hədəfi ağır yük avtomobillərini ağzı ilə dartmaq olacaq.
 
Emin Süleymanov ən uzun məsafəyə təyyarə dartmaqla dünya rekorduna imza atmaq istəyir. Bunun üçün peşəkar məşqçiyə ehtiyacı olduğunu deyir.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...