18 Yanvar, Cümə axşamı


AZAL-dan sərnişinlərə sonuncu - XƏBƏRDARLIQ

Cəmiyyət

A- A A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) öz reyslərində qeydiyyat qaydalarının sərtləşdirildiyi barədə məlumat yayıb. Belə ki, 2018-ci il yanvarın 15-dən bütün aeroportlarda AZAL-ın reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış yekunlaşacaq. Hazırda bu müddət 40 dəqiqədir.

Maraqlıdır, qeydiyyat qaydalarının sərtləşdirilməsinin səbəbləri nədir?

Qeydiyyatın 1 saat öncədən yekunlaşmasına ehtiyac varmı?

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənli Modern.az saytına deyib ki, bu məsələdə AZAL heç də qeyri-adi nəsə etməyib.

“Əvvəllər hava limanında qeydiyyat uçuşa 2 saat qalmış başlayır, 40 dəqiqə qalmış yekunlaşırdı. İndi yeni qaydaya görə, yanvarın 15-dən uçuşa 3 saat qalmış qeydiyyat başlayacaq, 60 dəqiqə qalmış isə bağlanacaq. Bu sistemi təkcə AZAL təşkil etməyib. Bu, dünya təcrübəsində də belədir. AZAL özündən xüsusi yenilik tətbiq etməyib”

Mətbuat katibi pulsuz online qeydiyyat məsələsinə də toxunub.

“Pulsuz online qeydiyyat Buta Aviareys üçün aktualdır. Bu, AZAL-da da mövcuddur. Əgər baqaj yoxdursa, pulsuz online qeydiyyat etmək olar. Əgər kimsə uçuşa yarım saat qalmış hava limanına gələcəksə, onun təyyarəyə minməsi mümkün olmayacaq. Ona görə də göstərilən vaxtda hava limanında olmaq lazımdır ki, hər hansı problem yaranmasın”. 

AZAL sərnişinləri qeydiyyatdan keçmək üçün hava limanlarına tez gəlməyə və online qeydiyyat xidmətindən istifadə etməyə, yükü isə "Baggage Drop-off"a təhvil verməyə çağırır.

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...