26 Aprel, Cümə axşamı


Təhsil Nazirliyi yeni tipli məktəblərin adını və yerlərini açıqladı - SİYAHI

Cəmiyyət

A- A A+

Təhsil Nazirliyi bu il modul tipli məktəblərin inşa ediləcəyi bölgələrin siyahısını təqdim edib.

Nazirlikdən verilən məlumata görə, siyahıya Xaçmaz, Quba, Şabran, Şamaxı, Ağsu,Oğuz, Şəki,Qəbələ, Qax, Tovuz, Daşkəsən, Göygöl, Bərdə, Füzuli, Zərdab, Ucar kimi şəhər və rayonların adı qeyd edilib.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. “Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.

Bu il inşaası nəzərdə tutulan məktəblərin siyasını ilə bu linkdən (http://edu.gov.az/upload/file/xeber/2018/01/modul-mekteb-siyahi-2018.pdf) tanış ola bilərsiniz.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...