18 Yanvar, Cümə axşamı


“ASAN xidmət” mərkəzlərinin açılacağı regionlar məlum oldu

Cəmiyyət

A- A A+
Ölkə başçısının tapşırığına əsasən, 2020-ci ilə qədər “ASAN xidmət” mərkəzlərinin sayının 20-yə çatdırılması nəzərdə tutulub.
 
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib.
 
Onun sözlərinə görə, 2018-ci il Şəki, Mingəçevir və İmişli,  2020-ci ilə qədər isə Ağcabədi, Cəlilabad, Tovuz, Şamaxı, Kürdəmir regional “ASAN xidmət” mərkəzlərinin açılışı nəzərdə tutulub. 
 
Anar Hüseynov Mingəçevir regional “ASAN xidmət” mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən “ASAN xidmət” mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib.(oxu.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...