24 May, Çərşənbə


BƏƏ-nin Bakıdakı səfirliyindən Əfqanıstandakı terror haqda - AÇIQLAMA

Cəmiyyət

A- A A+

Ötən gün Əfqanıstanın Qəndahar əyalətində törədilən partlayış nəticəsində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 5 diplomatı həlak olub. 

Xatırladaq ki, terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib. Qubernatorun da yaralandığı bildirilmişdi. 

BƏƏ-nin Azərbaycandakı səfirliyi törədilən terror aktı ilə bağlı açıqlama yayıb. Səfirlikdən verilən məlumata görə, hadisə əfqan xalqına humanitar dəstək olmaq məqsədi ilə Dar Xalifa Bin Zayed Al Nahyan İnstitutunun təməlinin qoyulması zamanı baş verib. Həmçinin Qəndaharda BƏƏ tərəfindən təmin olunan təqaüd proqramlarının imzalanması da gözlənilirdi.

Səfirlik bildirib ki, Qəndahar qubernatorunun qonaq evində törədilən terror nəticəsində BƏƏ-nin nümayəndə heyətindən 5 nəfər ölüb. Bununla yanaşı BƏƏ-nin Əfqanıstandakı səfiri Juma Mohammed Abdullah Al Kaabi yaralanıb.

Bununla bağlı olaraq BƏƏ-nin Bakıdakı səfirliyinin öz binasında başsağlığı kitabı açılacaq.

 

Modern.az

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...