18 Yanvar, Cümə axşamı


Ömürlük futboldan uzaqlaşdırılan azərbaycanlı futbolçu yaşıl meydançaya "qayıtdı" - FOTOLAR

İdman

A- A A+
"Keşlə" komandasının "Qaradağ Lökbatan"la keçirdiyi yoxlama oyununda maraqlı mənzərə müşahidə olunub.
 
Premyer Liqa klubunun yeni futbolçuları hazırda komandada olmayan oyunçuların adları yazılmış formalarla meydana çıxıblar.
 
Pablo Podio İlter Taşkının, Nemanya Stoyanoviç Samir Zərgərovun, Ruslan Cəfərov Adrian Skarlatakenin, Herve Tçani Elşən Abdullayevin, İdris Musluyev Qara Qarayevin forması ilə ilk "11-lik"də meydana daxil olub.
 
Danışılmış oyunlarda iştirak etməsi səbəbindən ömürlük futboldan uzaqlaşdırılan Mirhüseyn Seyidovun forması isə Məhəmməd Qurbanovda olub.
 
Artıq müqaviləyə imza atmış Podiodan fərqli olaraq, digər yeni transferlər - Vaqif Cavadovla Məqsəd İsayev öz soyadları yazılmış geyimlərlə çıxış ediblər.
1

1

1

Sportnet.a

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...