20 Yanvar, Şənbə


Quterreş iki Koreya arasındakı danışıqları müsbət qarşılayıb

Dünya

A- A A+

BMT-nin baş katibi Şimali Koreyanın öz idmançılarını Cənubi Koreyada keçiriləcək Qış Olimiya Yarışlarında iştiraka göndərmək qərarını müsbət qarşılayıb.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, Antonio Quterreş çərşənbə axşamı bir bəyanat yayaraq, deyib: BMT Baş Assambleyasının elan etdiyi kimi Olimpiya yarışlarının keçirilməsi xalqlar arasında qarşılıqlı olaraq sülh, anlaşma və güzəşt atmosferinin yaranmasına kömək edə bilər. Və indi bu məsələ Koreya Yarımadasındakı gərginliyin azaldılması üçün gündəmdə durur.

BMT-nin baş katibi Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Yarışlarında iştirak qərarını alqışlayıb və bu qərarın Koreya Yarımadasında sülh və sabitliyin təmin edilməsi üzrə səylərin artırılması üçün münasib fürsət adlandırıb.

Quterreş həmçinin, 9 yanvarda iki Koreyanın yüksək səviyyəli nümayəndə heyətləri arasında baş tutan müzakirələrdə gərginliyin azaldılması üzrə yaxşı irəliləyişlərin əldə edilməsinə işarə edərək, iki ölkə arasında hərbi rəsmilər arasında müzakirələrin həyaa keçirilməsi və iki Koreya arasında birbaşa əlaqə xəttinin yaradılmasından razılıq edib.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...