21 Yanvar,


Yunanıstanın qəbul etdiyi qanun Türkiyə ilə mübahisəyə səbəb olub

Dünya

A- A A+
Yunanıstanın Frakiya əyalətində müsəlman azlıqlar üçün müqəddəs İslam qanunlarının tətbiqini məhdudlaşdıran şəriət haqqında qanunu Türkiyə və bu ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı sərt bəyanatların səsləndirilməsinə gətirib çıxarıb.
 
Bu həftə Yunanıstan parlamenti böyük səs çoxluğu ilə şəriət qanunlarının tətbiqini əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanunun qəbuluna səs verib.
 
Qanuna görə, ailə məsələləri ilə bağlı müftiyə müraciət etmək məcburi olmayacaq və tərəflər öz istəkləri ilə məhkəməyə müraciət edə biləcəklər.
 
Ölkənin baş naziri Aleksis Sipras bunu tarixi addım adlandırıb.
 
Rəsmi Ankara öz növbəsində Afinanı tarixdən dərs çıxarmağa və Yunanıstanın türk icmasına təzyiq göstərməkdən imtina etməyə çağırıb.
 
Afina cavabında Ankaranı digər ölkənin daxili işlərinə qarışmamağı və öz işi ilə məşğul olmağı təklif edib.
 
Frakiyanın Yunanıstana düşən hissəsində 100 minə yaxın müsəlman yaşayır. Şəriət məhkəmələri onlar üçün 1923-cü ildən fəaliyyət göstərir. Bu, Yunanıstanın 1919-1922-ci illərdə yunan-türk müharibəsində məğlubiyyətdən sonra imzalanan Lozanna sülh müqaviləsinə əsasən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq yaradılıb.(oxu.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...