18 Yanvar, Cümə axşamı


Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirib

Dünya

A- A A+

Rəsmi Kiyev  Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.   

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.  

“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.

Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib.

Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...