26 Aprel, Cümə axşamı


Erməni ekspert detalları açdı - "Ermənistan rus krediti hesabına döyüş helikopterləri alacaq"

Dünya

A- A A+
"The Central Asia-Caucasus Institute" (CACI) agentliyinin bölgənin təhlükəsizliyi üzrə eksperti Eduard Abrahamyan Ermənistanın Rusiyadan kredit hesabına alacağı silah və hərbi texnikadan danışarkən bir sıra detalları etiraf edib. 
 
Erməni ekspert Ermənistan hakimiyyətinin saxta bəyanatlarını yalanlayaraq, hazırki zamana qədər Ermənistan ordusunun köhnə avadanlıqlarla təhciz olunduğunu bildirib:
 
"Ermənistan köhnəlmiş avadanlıqlardan asılılığını aradan qaldırmaq istiqamətində iş aparır. Müstəqillik dövründən indiyədək Rusiya həmişə texniklərin hazırlanması, ehtiyat hissələri ilə təmin etməsi və texniki dəstək verməklə Ermənistanın quru qoşunlarının köhnə avadanlıqlarını qoruyub saxlamağa kömək edib. İndi isə təqdim edilən kreditlər köhnə texnika və avadanlıqları dəyişməyə imkan verəcək". 
 
2017-ci ilin noyabr ayında Ermənistan parlamentində aparılan müzakirələr zamanı 100 mln dollar kredit çərçivəsində həyata keçiriləcək silah və hərbi texnika təminatı barədə bəzi məqamlar məlub olub. Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Nahapetyan Ermənistan parlamentindəki açıqlamalarında alınmasına üstünlük veriləcək avadanlıqlar barədə bəzi məlumatlar verib. 
 
Nahapetyanın fikirlərinə görə, əsasən mobil artilleriya vasitələrinə, hava hücumundan müdafiə və aviasiya vasitələrinə üstünlük veriləcək. Onun açıqlamaları Ermənistan Su-30SM qırıcı döyüş təyyarələri əldə etmək niyyətində olduğunu düşünməyə əsas verib. Keçmiş müdafiə naziri seyran Ohanyan bir dəfə bu barədə danışsa da, mövzu 2016-cı ilin aprel tarixindən sonra qapandı.
 
Nayrapetyanın açıqlamalarına daha öncəki yazılarımızda yer vermişdik. Su-30-larla bağlı səsləndirilən fikirlərin Rusiyalı hərbi ekspertlər tərəfindən gülünclə qarşılanmasından sonra, erməni ekspert kreditlərlə əldə ediləcək silahlar çərçivəsində döyüş helikopterlərinin alına biləcəyinə diqqət çəkib. Lakin Abrahamyan hansı helikopterlərin alınacağını qeyd etməyib.
 

Ordu.az

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...