19 Yanvar, Cümə


Azərbaycanlı tələbə Ərdoğana Quran hədiyyə etdi - FOTOLAR

Dünya

A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanahmetdəki Mərmərə Universitetinin rektorluq binasında “Mərmərə Universitetinin 135-ci ildönümü proqramı”na qatılıb.

Tədbirdə ilk ipək kitabın azərbaycanlı müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə də qatılıb. O, Ərdoğana ilk ipək kitab olan “Qurani-Kərim” hədiyyə edib. Türkiyə prezidenti “Qurani-Kərim”i öpüb, alnına qoyub.

Qeyd edək ki, Məmmədzadə sözügedən “Qurani-Kərim”i üç il müddətində hazırlayıb. Kitabda surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Kitabın ölçüsü 29 x 33 santimetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...