26 Aprel, Cümə axşamı


ABŞ Konqresi Trampın istefasını müzakirə edəcək

Dünya

A- A A+
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü El Qrin prezident Donald Trampın istefaya göndərilməsi ilə bağlı məsələni səsverməyə çıxaracağına söz verib.
 
Bu dəfə konqresmen Trampı bəzi ölkələr barədə aşağılayıcı bəyanatlar səsləndirdiyi üçün impiçment etmək niyyətindədir.
 
“Konqresin rasist ritorikasını tənqid etməsi kifayət deyil. Gələn həftə mən yenidən prezident Trampın impiçmenti ilə əlaqədar qətnamə irəli sürəcəm”, - deyə E.Qrin "Twitter"də yazıb.
 
O, bu qətnamənin lehinə səs verəcəyinə söz verib.
 
Qeyd edək ki, ötən ilin dekabrında konqresmen analoji qətnaməni səsverməyə çıxarıb. Sənədin lehinə 58 deputat səs verib. Bu isə sənədin qəbul edilməsi üçün kifayət etməyib.
 
E.Qrinin qənaətinə görə, D. Trampın ritorıkası ölkədə ultrasağ qüvvələrin güclənməsinə yol açır və bu Amerika cəmiyyətinə zərər vurur.(oxu.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...