19 Yanvar, Cümə


Avropa Məhkəməsindən Ermənistanla bağlı - QƏRAR

Dünya

A- A A+
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan əleyhinə açılmış işdə yekun qərarı verib.
 
Ermənistanın keçmiş xarici işlər naziri, hazırda Ermənistanın Danimarkadakı səfiri Aleksanr Arzumanyan 10 il əvvəl çirkli pulların yuyulması ittihamı ilə həbs olunduğuna görə Ermənistan hökümətinə təzminat davası açıb. Avropa İnsan Hüquqları Məhkəməsi 10 il əvvəl təqsirsizliyi sübuta yetirilən Arzumanyanın vəsatətini təmin edərək ona 2 min avro təzminat ödənilməsinə qərar verib. Həmçinin, məhkəmə xərcləri də nəzərə alaraq əlavə 500 avro da tələb edib.
 
Qeyd edək ki, Arzumanyan keçən ilin iyun ayında Ermənistanın Danimarka səfiri təyin edilib.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


loading...