20 Fevral, Bazar ertəsi


Əfqanıstanda ard-arda partlayışlar - 48 ölü, 94 yaralı

Dünya

A- A A+
“Taliban” terror qruplaşması Əfqanıstanın bir neçə şəhərində partlayış törədib.
 
Bu barədə AFP məlumar yayıb.
 
 Agentliyin məlumatına görə, paytaxt Kabildə parlament yaxınlığında iki partlayış törədilib. Hadisə nəticəsində 30 nəfər ölüb, 80 nəfər isə yaralanıb.
 
 Qəndaharda baş verən partlayış nəticəsində isə 11 nəfərin öldüyü, 14 nəfərin yaralandığı açıqlanıb. Yaralananlar arasında Birləşmiş Ərəb Əmirliyinin səfirinin də  olduğu bildirilib.
 
Hilmənd vilayətində canlı bombanın özünü partlatması zamanı isə 7 nəfər dünyasını dəişib.
 
“Taliban” utanmadan vətəndaşlara etdiyi hücumlar üçün tərif tələb edir və bundan qürur duyur”-,deyən Əfqanıstan prezidenti Əşrəf Qəni cinayətkarların cəzalandırılacağına söz verib.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...