20 Sentyabr, Çərşənbə


Amerika senatorları Rusiyaya qarşı sanksiyalar tətbiq etmək haqqında qanun layihəsi hazırlayıb

Dünya

A- A A+

"Eurasia Diary"nin Interfaxt-a istinadən verdiyi məlumata görə, ABŞ senatorları- Demokrat Ben Kardin, Respublikaçı Jon Makkein və Demokrat Robert Menendez Rusiyaya qarşı sanksiylar tətbiq etmək haqqında qanun lahiyəsi təqdim edib.  Sanksiyaların məqsədi ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə edən Putin hökümətini cəzalandırmaqdır.

Senator Ben Kardinin açıqladığı məlumata əsasən ABŞ-da prezident seçkilərinə kiber hücum Vladimir Putinin rəhbərliyi həyata keçirilib.

Ben Kardin qeyd edib ki,  sanksiyalar Rusiyanın enerji sektoruna və müəssisələrin özəlləşdirilməsinə təsir edəcək.

Əlavə olaraq sanksiyalar həmçinin Rusiyanın bir neçə şəxsini hədəfə alıb.  Həmin şəxslərin ABŞ-a daxil olmağı qadağan ediləcək və Amerika banklarında pul yatırmalarına imkan verilməyəcək.

Xatırladaq ki,  bundan əvvəldə Rusiyaya qarşı sanksiylar tətbiq olunub.


Yunis Abdullayev

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...