24 May, Çərşənbə


Obama Braziliya prezidentinin devrilməsində ittiham olunur

Dünya

A- A A+

Venesuela prezidenti Nikolas Maduro Braziliya prezidenti Dilma Rusefin impiçmentində Barak Obamanın əli olduğnu deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maduro amerikalı həmkarını “Latın Amerikasına nifrət edən militarist prezident” adlandırıb.

“Obama Dilmanın hakimiyyətdən devrilməsinin əsas sifarişçisi olub. Amerika səfirliyinin bu proseduru təşkil etdiyi sənədlər çap olunanda sözlərimi xatırlayarsınız”.

Bundan öncə, “Wikileaks”ın yaradıcısı Culian Assanj hazrki prezident Mişel Temerin Braziliyadakı siyasi situasiya barədə ABŞ-a müntəzəm hesabatlar verdiyini və buna görə qonorar aldığını deyib.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...