24 May, Çərşənbə


Rusiya səfirinin qatili adsız qəbiristanlıqda dəfn olunacaq

Dünya

A- A A+

Ankarada Rusiya səfirini qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mərt Altıntaş adsız qəbiristanlıqda dəfn olunacaq. Bu barədə "Anadolu" agentliyi məlumat verib.

Məlumata görə, meyit morqdan 15 gün əzində təhvil alınmalı olduğu halda, hələ də orada qalır. Qeyd olunur ki, yaxınları onun meyitini qəbul etməkdən imtina ediblər. Bu səbədən Altıntaşın meyiti dəfn olunması üçün bələdiyyə nümayəndələrinə təqdim ediləcək.

Xatırladaq ki, yanvarın 10-da Rusiya səfiri Andrey Karlov sərgi zalında qətlə yetirilmişdi. Ona güllə atan Mərt Altıntaş isə zalda olan başqa polisin açdığı atəş nəticəsində zərərsizləşdirilmişdi.

Trend

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...