20 Fevral, Bazar ertəsi


ABŞ Senatı “Obamacare” islahatlarının ləğvi prosesinə başlayıb

Dünya

A- A A+

ABŞ Senatı Prezident Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını ləğv etmək istiqamətində ilk addımlar atıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar səhiyyə sistemində “Obamacare” kimi tanınan “Affordable Care Act” qanununun ləğv olunması prosesini işə salacaq büdcə haqqında qətnamənin qəbul edilməsinə səs veriblər.

Qətnamə altı saat davam edən müzakirələrdən sonra “lehinə” 51 və “əleyhinə” 48 faiz səslə qəbul olunub. Bundan sonra profil komitələrində islahatların ləğvi və yeni sistemə keçid üçün vacib qanun layihələrinin hazırlanması işlərinə başlanılacaq.

ABŞ-ın seçilmiş prezidenti, respublikaçı Donald Tramp “Obamacare” islahatlarından imtina etmək və daha az xərc tələb edən effektiv səhiyyə sistemi hazırlamaq niyyətində olduğunu dəfələrlə bildirmişdi.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...